Xəbər lenti

Baş redaktorun məhkəməsi başladı
Ölkə10:31 22.01.2014

Baş redaktorun məhkəməsi başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt Şəhər Məhkəməsində “İynə” satirik jurnalının həbsdə olan baş redaktoru Baloğlan Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb
 
B.Mirzəlinin vəkili Anar Qasımlının APA-ya verdiyi məlumata görə, hazırlıq iclasında məhkəmə baxışının vaxtı yanvarın 29-na təyin edilib.
 
Qeyd edək ki, B.Mirzəli Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları tərəfindən həbs olunub. B. Mirzəli 26 noyabr 2013-cü il tarixində izahat alınması üçün  bölməyə çağırılıb və 28 noyabr 2013-cü il tarixdə haqqında bir ay müddətində həbs qətimkan tədbiri seçilib. Buna səbəb kimi onun Bakı-Sumqayıt şosesində yerləşən “Turac” kafesinin sahibindən rüşvət istəməsi göstərilib.
 
O, Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunur.


Qaynar.info