Xəbər lenti

Baş redaktorun yandırılmasıyla bağlı rəsmi məlumat
Ölkə08:31 27.04.2014

Baş redaktorun yandırılmasıyla bağlı rəsmi məlumat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. 

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınsöndürənlər yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Sadiq Arazxan oğlu Soltanovun cəsədini aşkar ediblər. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qeyd edək ki, mərhum "Mizan-Tərəzi" qəzetinin baş redaktoru kimi təqdim olunub və bu qəzetin qadın işçisi bir neçə gün əvvəl zorlama şikayəti ilə bağlı polis bölməsinə şikayət etmişdi. 

Qaynar.info