Gəncədə dəhşətli qətl hadisəsinin bəzi təfərrufatı bəlli olub. Gəncə şəhər Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə zamanı ailənin 4 nəfər üzvü də evdə olub.
Axşam saatlarında iki maskalı şəxs evə daxil olaraq 1 və 3 yaşlı uşaqların başını kəsiblər. Cinəyatkarlar evdən heç nə götürməyərək evi tərk ediblər. Hazırda hadisə yerində polis işləyir.
Yerli sakinlərin bildirdiyinə görə isə ailə radikal dini təriqətin üzvü olub.
Xatırladaq ki, Gəncənin “beş yol” adlanan ərazisində yaşayış evində biri 1, digəri 3 yaşlı olmaqla iki uşağın baş kəsilmiş halda meyiti aşkar edilib. Hadisə bir neçə saat bundan öncə baş verib.
Qaynar.info