Xəbər lenti

Basqında xəsarət alan həkim dünyasını dəyişdi - Lənkəranda
Ölkə15:35 26.03.2017

Basqında xəsarət alan həkim dünyasını dəyişdi - Lənkəranda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəran rayonunun Xolmili kəndində gecə saatlarında evə edilən basqın nəticəsində ağır xəsarət alan kənd ambulatoriyasının baş həkimi Vahab Səfərov dünyasını dəyişib.
İstipress-in cənub bürosu mərhumun yaxınlarına istinadən xəbər verir ki,bir neçə gün öncə paytaxt klinikalarının birində müalicə alan həkimə həmkarlarının etdiyi müalicə səmərəsiz olub.Günorta saatlarında dünyasını dəyişən həkimin cənazəsi bu saatlarda yaşadığı evə gətirilib. Mərhum bu gün kənd qəbristanlığında dəfn olunacaq.
Xatırladaq ki,ötən həftə 67 yaşlı Xolmili kənd sakini Səfərov Vahab Xalıq oğlu şəxs və ya şəxslər tərəfindən basqına məruz qalıb və küt alətlə başına zərbələr endirilib. Yaxınları tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasında, sonradan da paytaxt klinikasında edilən müalicələrə baxmayaraq həkimin həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyir və bölgənin tanınmış terapevtlərindən sayılır.
Faktla bağlı Lənkəran şəhər Polis şöbəsində araşdırmalara başlanılıb. Hələlik saxlanılan yoxdur.
Qaynar.Az