Dünya 08:17 22.08.2023

Bayden: "Az qala həyat yoldaşımı və pişiyimi itirəcəkdim"

Maui adasındakı şiddətli yanğınlardan sonra gəldiyi Havayda çıxış edən ABŞ prezidenti Co Bayden yerli sakinlərə deyib ki, 15 il əvvəl evində baş verən yanğında az qala həyat yoldaşını, avtomobilini və pişiyini itirəcəkmiş.

Qaynarinfo xəbər verir ki, ABŞ lideri həmin vaxt evini ildırımın vurduğunu və naqillərin zədələndiyini bildirib. Nəticədə, hazırkı prezidentinaz qala həyat yoldaşı Cilli, 1967-ci ildə istehsal olunmuş "Corvette" avtomobili və bir pişiyi yanacaqmış.

Maraqlıdır ki, 2004-cü ildə Amerika mediasının nəşrlərində ildırımdan yanğın zamanı senator Baydenin evinə demək olar ki, ziyan dəymədiyi bildirilirdi. Belə ki, yanğın yalnız evin mətbəxini əhatə edib. Baydenin həyat yoldaşı yanğınsöndürənləri tək çağırıb. Yanğın 20 dəqiqə ərzində nəzarətə götürülüb.

Aydın