ABŞ prezidenti Co Bayden Rusiya ilə nüvə silahlarına yeni nəzarət sistemini müzakirə etməyə hazır olduğunu bildirib. Amma danışıqlar "vicdanlı tərəfdaş” tələb edir.
Qeyd olunur ki, Bayden müvafiq bəyanatla Nüvə silahlarının yayılmaması müqaviləsi üzrə 10-cu İcmal Konfransı ərəfəsində çıxış edib.
O, ABŞ-ın 2026-cı ildə başa çatacaq START-3-ü əvəz edəcək yeni strategiyanı müzakirə etmək üçün Rusiya ilə danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib.
"Danışıqlar hərəkətə keçməyə hazır olan vicdanlı tərəfdaş tələb edir. Və Rusiyanın Ukraynaya qarşı qəddar və əsassız təcavüzü Avropada sülhü pozub və beynəlxalq nizamın fundamental prinsiplərinə hücum deməkdir", - bəyanatda deyilir.
Bayden Rusiyaya işi bərpa etmək istəyini nümayiş etdirməyi tövsiyə edib və və həmçinin Çinin danışıqlara qoşulmasını təkid edir.
ABŞ liderinin sözlərinə görə, ABŞ İranın nüvə silahı əldə etməməsi üçün Birgə kompleks fəaliyyət planına təkliflər hazırlayıb.
Nizami Bağırov