Xəbər lenti

Bayıl yamacında sürüşmə
Ölkə07:44 20.07.2017

Bayıl yamacında sürüşmə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən saat 20:45 radələrində Bayıl yamacında sürüşmə hadisəsi baş verib.

"Qaynarinfo"nun lent.az-a istinadən məlumatına görə, hadisə yerinə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, Səbail rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Yaşayış evlərinə ziyan dəyməyib. Məlum olub ki, ETSN bir neçə ildir Bayıl yamacında yaşıllaşdırma işləri aparır. Orada çoxlu ağaclar əkilib. Ağacların sulanması zamanı diqqətsizliyə yol verilib və su kranı açıq qaldığı üçün əraziyə həddən artıq su axıdılıb.

Nəticədə ərazidə ardıcıl iki dəfə sürüşmə hadisəsi baş verib. Bu səbəbdən sakinlərin istifadə etdiyi, üzü Şəhidlər Xiyabanına qalxan torpaq yol bağlanıb. Hazırda ərazidə fəhlələr işləyir, yola tökülən torpaq təmizlənib və əlavə mühafizə tədbirləri görülür.

Qaynarinfo.Az