Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yenidən sürüşmə baş verib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə qəsəbənin Buxta 9 küçəsində qeydə alınıb. Yerli sakinlər ərazidə yerləşən 3-4 evin uçduğunu bildirirlər.
Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.