Xəbər lenti

Bayram günlərində mühüm əhəmiyyətli obyektlərin mühafizəsi gücləndiriləcək
Ölkə16:15 09.04.2024

Bayram günlərində mühüm əhəmiyyətli obyektlərin mühafizəsi gücləndiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ramazan bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər. Kütləvi tədbirlərin, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.
Artıq bu gündən respublika əhəmiyyətli avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirlərinə başlanılıb. Bir daha bütün vətəndaşları, o cümlədən bölgələrə səfərə çıxamağa hazırlaşan hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq.