Xəbər lenti

Bayram günlərində təcili yardımla bağlı müraciətlərin sayı açıqlandı
Ölkə09:02 13.07.2022

Bayram günlərində təcili yardımla bağlı müraciətlərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bayram günlərində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb.
Qurumdan Qaynarinfo-ya verilən xəbərə görə, həmin müddətdə təcili tibbi yardım üçün tam heyət - 130-a yaxın briqada fəaliyyət göstərib.
Bayram günlərində stansiyaya gün ərzində 2000-2200 arası çağırış daxil olub. Ən çox çağırış sayı isə (2200) 10 iyul tarixində qeydə alınıb.
Müraciət səbəbləri əsasən, təzyiq, ürək problemləri, halın pisləşməsi, müxtəlif növ travmalar və s. ilə bağlı olub.