Xəbər lenti

Bayram günlərinə olan hava proqnozu açıqlandı
Ölkə10:25 27.12.2018

Bayram günlərinə olan hava proqnozu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda bayram günlərinə olan ilkin hava proqnozu açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, dekabrın 31-də Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq.
Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.