Xəbər lenti

Bayram günü Bakıda iki nəfər intihar etdi
Ölkə05:27 29.05.2013

Bayram günü Bakıda iki nəfər intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

28 may-Respublika Günü Bakıda iki intihar hadisəsi qeydə alınıb. Hər iki şəxs özünü asıb.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 1950-ci il yanvarın 30-da anadan olmuş Vasilyev Seygey Viktoroviç mayın 28-də Yasamal rayonu, Dilarə Əliyeva küçəsi 119 saylı ünvanda, söküntü aparılan məhəllədə özünü kəndirlə asaraq intihar edib.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, mayın 28-i saat 19:00 radələrində Faiq Yusifov küçəsi ev 16, mənzil 43 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Mahmudov Cavid Sultan oğlunun meyiti yaşadığı evdə otağın qapısının əncaməsindən parçadan düzəldilmiş ilgəkdən asılmış vəziyyətdə tapılıb.

Hər iki faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. // Trend