Xəbər lenti

Bayram günü iki ailə evsiz qaldı
Ölkə09:16 23.03.2013

Bayram günü iki ailə evsiz qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qusar və Ağdaş rayonların ev yanıb. Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qusar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın və aynabəndin yanar konstruksiyaları 64 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağdaş rayonu, Aşağı Ləki kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 276 kv.m olan birmərtəbəli, 6 otaqdan ibarət evin 1 otağının tavanı 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info