Xəbər lenti

Bayram Səfərov bahalı avtomobilindən danışdı: “Axı mənim yanımda Tramp kimdir?”
Ölkə07:59 22.01.2019

Bayram Səfərov bahalı avtomobilindən danışdı: “Axı mənim yanımda Tramp kimdir?”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan "Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb.
Qaynarinfo xəbər verir ki, icra başçısı Bayram Səfərov Demokrat.Az-a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:
"Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”.
Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli "Lincoln MKS” model avtomobili verilib.
Hazırda sözügedən avtomobilə "58-AA-001” dövlət nömrə nişanı taxılıb. Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir.