
Bakıda daha bir yol təmirə bağlanıb.
Qaynar.info-nun Nəqliyyatı İntellektual idarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, bayram günlərində (22-28 mart) Mehdi Hüseyn, Şeyx Şamil və Bünyad Sərdarov küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması asfalt örtüyünün yenilənməsi ilə əlaqəlidir.
Sürücülərə alternativ olaraq Teymur Elçin küçəsindən istifadə etmələri tövsiyə olunur.
Qaynar.info

