Xəbər lenti

Bayramda hava necə olacaq?
Ölkə07:34 19.03.2013

Bayramda hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Novruz bayramı günlərində Azərbaycan ərazisində hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Apa-ya açıqlamasında bildirib ki, martın 20-21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi martın 21-də gündüz şimal-şər küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə saatlarında 4-8 dərəcə, günorta saatlarında isə 12-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 20-21-də əsasın yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman qeydə alınacaq, mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 30-8 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti təşkil edəcək.  

Qaynar.info