Xəbər lenti

Bayramda qar yağacaq?
Ölkə08:57 28.12.2013

Bayramda qar yağacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü ölkə ərazisində müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, ayrı-ayrı rayonlarda çiskin olacaq, mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Naxçıvanda gecə 15-20 dərəcə şaxta, bəzi yerlədə 23 dərəcə şaxta, gündüz 8-13 dərəcə şaxta gözlənilir.

Qaynar.info