Xəbər lenti

Bayraq Meydanı İdarəsinin sabiq rəisinin restoran biznesi
Ölkə11:00 08.05.2015

Bayraq Meydanı İdarəsinin sabiq rəisinin restoran biznesi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azİmport” şirkətinin sahibi, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov-Martirosov  XX əsrin əvvəllərindəki Bakıda erməni tacirlərinin ənənəsini davam etdirərək özünə böyük biznes qurub.
Bakıda böyük maliyyə və inzibati resurslara çıxış əldə edən R.Məmmədov-Martirosov məşhur Bakı erməniləri olan Mantaşov qardaşlarının, Mikael Aramyanın, Kerkoryanın və digərlərinin ənənələrinin davamçısına çevrilib.
Məmmədov-Martirosov Bakının yaşadığı ikinci neft bumundakı qlobal tikintidən yararlanaraq (Mantaşovlar da birinci neft bumundan belə bəhrələnmişdi) Bakı sakinlərinin az qala yarısını öz evindən didərgin salmağa nail olub. Virtualaz.org və haqqin.az saytları bu haqda silsilə yazılar dərc edib.
Sakinlərin evini, mal-mülkünü qəsb edən, bunun əvəzində onlara normal kompensasiya verməyən Məmmədov-Martirosov Bakıda özünə elit restoran biznesi də qurub.
Məlumatlı mənbələrin virtualaz.org saytına verdiyi məlumata görə, Bakıdakı dəbədəbəli restoranların bir çoxu Məmmədov-Martirosova və onun bacısının əri Azər Əsgərova məxsusdur (A.Əsgərov keçmişdə separatçı Ələkrəm Hümbətovun məsləkdaşlarından olub).
Məlumatda deyilir ki, Bakının “Nar Sharab”, “Manqal” kimi məşhur və bahalı restoranları, habelə “Beer House” pivəxanalar şəbəkəsi, “Otto” pivə barı, “Bakı Venesiyası” restoranlar şəbəkəsi Məmmədov-Martirosova və separatçı qohumu A.Əsgərova məxsusdur.
Zənnimizcə, burada əlavə şərhə ehtiyac qalmır. Bizə yalnız onu demək qalır ki, bu restoran və pivəxanalara gedənlər ermənilərlə üzbəüz səngərdə dayanan minlərlə azərbaycanlı gənc haqda, onların gözünə necə baxmaq haqda düşünməyə də borcludur.
Qaynar.info