Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov-Martirosov MTN-in istintaq təcridxanasında saxlanılır. Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Qeyd edək ki, R.Məmmədov-Martirosovun hansı maddələrlə ittiham olunduğu bəlli deyil. Bununla yanaşı mənbələrin verdiyi məlumata görə, şirkət sahibinin özünün və qohumu Azər Əsgərovun yaxınları hələ də istintaq və həbs altındadır.
Qaynar.info qeyd edir ki, Rəşad Məmmədov və daha bir neçə biznesmenin "maliyyə xəyanətinə" görə saxlandığı bildirilir.
Qaynar.info