Xəbər lenti

Bazar gününün hava proqnozu
Ölkə08:31 26.08.2017

Bazar gününün hava proqnozu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, havanın temperaturunun gecə 21-25° isti, gündüz  28-33° isti, Bakıda gecə  23-25° isti, gündüz  30-32° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  760  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-70%, gündüz  40-45 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  19-24°, gündüz  30-35° isti, dağlarda gecə 11-16°, gündüz  21-26° isti olacağı gözlənilir.

Qaynarinfo.Az