Xəbər lenti

Bazarda qıtlıq yaratdığı deyilən şirkətə qarşı iş qaldırılıb
Ölkə12:15 26.02.2015

Bazarda qıtlıq yaratdığı deyilən şirkətə qarşı iş qaldırılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti «Vest Produkt Marketinq» MMC barədə iş qaldırıb.

Nazirliyin saytında yerləşdirilən məlumatda deyilir ki, adıçəkilən qurum antiinhisar qanunvericiliyini pozub.

Monitorinqlər zamanı onun istehlak bazarında «Westgold», «French Cow» kərə yağlarının və «Oldenburger» pendirlərinin qiymətini süni artırdığı, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulları dövriyyədən çıxarması müəyyən edilib.

İstehlak bazarına nəzarət tədbirlərinin davam etdirildiyi bildirilir.

Qaynar.info