Xəbər lenti

BDU-da 75 nəfər professor vəzifəsinə qəbul edildi
Ölkə13:40 22.06.2022

BDU-da 75 nəfər professor vəzifəsinə qəbul edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, iclasda əvvəlcə BDU Elmi Kitabxanasının 2021-ci il üzrə hesabatı dinlənilib.
Kitabxananın direktoru Nigar İsmayılova Elmi Kitabxananın strukturu, əməkdaşları, kitab fondu haqqında məlumat verib. O qeyd edib ki, Elmi Kitabxananın fondunda 2 135 413 nüsxə sənəd qorunur. Kitabxana fondunun 67, 4 faizini elmi, 30,5 faizini tədris ədəbiyyatı, 2,1 faizini mübadilə ehtiyat fondu təşkil edir. 2021-ci ildə kitabxana fonduna 7 204 nüsxə sənəd və 24 adda 9 982 nüsxə qəzet daxil olub. Elmi Kitabxana Azərbaycan ali məktəb kitabxanalarının metodiki mərkəzi statusunu daşıyır və 30-dan artıq ölkədaxili universitet kitabxanası, 40 xarici ölkənin 50-yə yaxın aparıcı kitabxanası ilə beynəlxalq səviyyədə əməkdaşlıq edir. Elmi Kitabxananın elektronlaşdırılması da artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda oxucular BDU-nun 24 saat fəaliyyət göstərən elektron kitabxanasının xidmətlərindən istifadə edə biləcəklər.
Daha sonra Elmi Şurada BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 8 fakültəsi üzrə 75 nəfər professor vəzifəsinə təsdiqlənib.