
Aksiya metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında davam edir.
14:15
Universitetin rektoru Abel Məhərrəmov etirazçı tələbələrlə görüşüb.
724news-in məlumatıan görə A Məhərrəmov deyib ki, "Etiraza heç bir səbəb yoxdur. Sabah saat 12:00-da tələbələrlə görüş olacaq".
BDU tələbələrinin Qaynar.info-ya verdiyi məlumata görə etirazçılar rektoru fitə basıblar
13:54
Bakı Dövlət Universitetində aksiya keçirilib. Aksiya iştirakçılarının Qaynar.info-ya verdiklərinə görə, 500 yaxın tələbə iştirak edib.
Polis aksiyanı dağıtmağa çalışır. Aksiya keçirilən yerə, polis tərəfindən xüsusi öyrədilmiş itlər cəlb edilib.
Qaynar.info-nun əldə etdiyi məlumata görə aksiyada 4-ə yaxın tələbə saxlanılıb. Onlardan biri Türkiyə vətəndaşıdır.
Aksiya hazırda davam edir.
Qeyd edək ki, aksiyanın keçirilməsinə səbəb tələbələrdən kəsr üçün pul yığılması olub. Tələbələr bununla bağlı sosial şəbəkələrdə "Kəsr üçün pul verməyək" adlı çağırış elanları yaymışdılar.
Qaynar.info



