Xəbər lenti

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq
Ölkə16:16 12.09.2025

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib.
Qaynarinfo xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.
Bildirilib ki, Bakı Dövlət Universitetinin "Jurnalistika” və digər bəzi ixtisaslarında dərslər 4 gün keçiriləcək:
"Ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə mövcud qaydalara uyğun olaraq, həftəlik dərs yükü 20/22 saat müəyyən edilib. Bakı Dövlət Universitetində dərs cədvəllərinin 4 və ya 5 iş gününə tərtib edilməsi qaydalara uyğundur. "Jurnalistika”  ixtisası ilə eyni zamanda bəzi ixtisaslarda da 2025/26-cı tədris ilinin payız semestrində dərslər həftədə 4 iş gününə keçirilib”.