Xəbər lenti

BDU-da tələbələr saxlanıldı - SON DƏQİQƏ - YENİLƏNİR
Ölkə09:24 23.05.2014

BDU-da tələbələr saxlanıldı - SON DƏQİQƏ - YENİLƏNİR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Dövlət Universitinin 4 tələbəsi polislər saxlanılıb.

Bu barədə Qaynar.info-ya hadisə yerində olan tələbələr məlumat veriblər.

Onların sözlərinə Azad Gənclik Təşkilatının 2 üzvü Sübhan Qəmbərli, Tamerlan Feyzullalı, AXCP GK-nin üzvü Hüseyn Qarasulu və keçmiş N!DA-çı Məhəmməd Ədilov polis əməkdaşları tərəfindən BDU-nun həyətində maşına mindirilərək polis bölməsinə aparılıb. Onların konkret hansı bölməyə aparıldığı məlum deyil. 

Saxlanılmalarının səbəbi isə 3 gün əvvəl keçirdikləri "Kəsrlərə pul ödəyək" adlı flaşmobdur. 

Tələbələr tərəfindən təşkil olunan aksiyanın facebook-da yaradılmış "eventin" də bildirilirdi ki, may ayının 19-na kimi  semestr ərzində dərslərdə oturan tələbələrin kəsrlərin ödənişini ödəmək üçün vaxt verilib: "Biz də öz üstümüzə düşəni edirik. May ayının 19-u Bakı Dövlət Universitetinin əsas korpusunun qarşısında saat 13:40 "qəpik" aksiyası keçirdirik. Belə ki, universitetin həyətində, əsasəndə korpusların, hətta əsas korpusunun qarşısında yolunuzla gedərkən yerə qəpik ataraq bu məsələylə bağlı öz fikrinizi bildirə bilərsiniz. Xatırladıram ki, qəpiklər 1-3-5 və 10 qəpik ola bilər. Əgər daha iri məbləğdə yardım etmək istəsəniz buyurun".

Qaynar.info