Xəbər lenti

BDU əməkdaşlarının maaşı artırıldı
Ölkə15:17 05.05.2014

BDU əməkdaşlarının maaşı artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son illər Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının əmək şəraitinin və rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
BDU mətbuat xidmətindən verilən xəbərə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın müvafiq bəndinə uyğun olaraq BDU rektoru maaşların differensasiyalı artımı ilə bağlı 31 mart 2014-cü il tarixində əmr verib.
Əmrə əsasən, BDU professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə bütün kafedralarda fakültə dekanı, tədris-metodiki şurasının sədri və fakültə Həmkarlar Təşkilatı sədrinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb. Həmin əməkdaşların maaşı 1 aprel tarixindən etibarən cari ilin sonunadək 100 manat artırılıb. Növbəti il eyni göstəricilər əsas götürməklə kafedra əməkdaşları arasında yenidən seçim aparılacaq.
Eyni zamanda BDU-da idarəetmənin daha da optimallaşdırılması və inzibati-idarəetmə struktur rəhbərlərinin stimullaşdırılması məqsədilə rektorun başqa bir əmrinə əsasən struktur rəhbərlərinin maaşlarında da müəyyən artımlar edilib.  Artım ümumilikdə universitetin 400-dən artıq əməkdaşına şamil edilib.
Qaynar.info