Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Rəhiməxanım Məmmədova vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə universitetin rəsmi səhifəsi məlumat yayıb.
R. Məmmədovanın Kimya fakültəsində təhsil aldığı deyilir.
BDU-nun mətbuat xidmətindən bildirilib ki, tələbə ağciyər çatışmazlığından dünyasını dəyişib.