Xəbər lenti

BDU-nun dosenti vəfat etdi (FOTO)
Ölkə12:26 03.03.2023

BDU-nun dosenti vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının dosenti Zahid Hacıyev dünyasını dəyişib.
Bu barədə Qaynarinfo-ya Universitetdən məlumat verilib.
Qeyd edilib ki, Zahid İsmayıl oğlu Hacıyev 08 iyun 1948-cü ildə anadan olub. 1966-1969-cu illərdə BDU-nun, 1970-1973-cü illərdə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültələrində ali təhsil alıb. 1970-1973-cü illərdə MDU-nun Fizika fakültəsinin aspirantı olub. 1981-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 1988-ci ildə dosent elmi adını alıb. 1988-ci ildən indiyədək BDU-nun Optika və molekulyar fizika kafedrasında dosent vəzifəsində işləyib.
Allah rəhmət eləsin!