Xəbər lenti

BDU-nun Hüquq fakültəsinə yeni dekan seçildi
Ölkə14:19 05.05.2022

BDU-nun Hüquq fakültəsinə yeni dekan seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində dekan vəzifəsinə seçkilər keçirilib.
"Report”un xəbərinə görə, Zaur Əliyev səs çoxluğu ilə fakültənin dekanı seçilib.
1980-ci il təvəllüdlü Z.Əliyev 2010-cu ildən BDU-da çalışır. O, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasında da pedaqoji fəaliyyətlə məşğul olur. Hüquq üzrə fəlsəfə doktorudur.
Fakültənin əvvəlki dekanı Əmir Əliyev idi.