
Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru Tağı Şahbazi Simurğ xatirəsi yad edilib.
"Qaynarinfo" xəbər verir ki, bu gün mərhum rektorun yaşadığı İstiqlaliyyət küçəsindəki binanın önündə anım tədbiri keçirilib.
Tədbirdə iştirak edən BDU-nun hazırkı rektoru çıxış edərək Tağı Şahbazinin həyatı və fəaliyyəti barədə danışıb: "Qarşıdan Tağı Şahbazinin yubileyi gəlir. Bu yubiley tədbirləri çərçivəsində ilk belə tədbirdir".
Tədbirdə Tağı Şahbazinin qohumu olan qadın da çıxış edib. O, bildirib ki, mərhum rektor nənəsinin qardaşı olub.
Qeyd edək ki, Tağı Şahbazi 1892-ci ildə Bakıda dünyaya gəlib. 1923-1926-cı illərdə BDU-nun rektoru olub. O, Vasili Razumovski, Sergey Davidenkov və Aleksandr Qulyayevdən sonra bu vəzifəni tutan 4-cü və ilk azərbaycanlı rektordur. 1937-ci ildə isə əks-inqibaçı, burjua-millətçi kimi həbs edilən Tağı Şahbazı 1938-ci ildə 15 dəqiqə sürən məhkəmədə ölüm hökmünə məhkum edilib.
Onun adına Bakının Yasamal rayonunda küçə verilib.
Qaynarinfo.Az








