Xəbər lenti

BDU-nun müəllimi azadlığa buraxıldı
Ölkə12:30 18.02.2015

BDU-nun müəllimi azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən ilin sentyabr ayında həbs edilən Bakı Dövlət Universitetinin müəllimi Kamran Əsədov azadlığa buraxılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün K.Əsədov məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
K.Əsədovun vəkili Qanqa İbrahimov açıqlamasında bildirib ki, bu gün Nərimanov rayon məhkəməsində keçirilən iclasda Kamran Əsədov haqda qərar 3500 manat cərimə olunması və əmək-islah işlərinə cəlb etmə olub, ittiham olunan müəllim məhkəmə zalından azadlığa buraxılıb. Həmçinin, sabiq müəllimin başqa ölkəyə getməsi qadağan olunub. Prokuror K.Əsədovun 5 il azadlıqdan məhrum etməsini istəyib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Kamran Əsədov Bakı şəhər sakinini Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3000 manat pul tələb edib və cinayət başında yaxalanaraq haqqında Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi açılmışdı.
Qaynar.info