Xəbər lenti

BDU-nun müəllimi vəfat etdi
Ölkə07:45 08.09.2022

BDU-nun müəllimi vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin müəllimi Nərgiz Abasova vəfat edib
Universitetdən Qaynarinfo-ya verilən xəbərə görə, Nərgiz Abas qızı Abasova BDU-nun Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi olub.
Nərgiz Abasova 1962-ci ildə Bakıda anadan olub. 1994-1998-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil alıb. O, 2008-ci ildən 2015-ci ilə qədər Kriminalistika və məhkəmə ekspertizası kafedrasında laboratoriya müdiri işləyib. Nərgiz Abasova eyni zamanda müəllim kimi "Kriminalistika”, "Məhkəmə ekspertizası” və "Əməliyyat axtarış hüququnun əsasları” fənlərini tədris edib. 12 elmi məqalənin müəllifi və 2 dərsliyin, 6 dərs vəsaitinin, 3 proqramın həmmüəllifi olub.
Allah rəhmət eləsin!