
Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin bu gün köçürülməsinə başlanılıb.
Hafta-ichi.az-ın verdiyi məlumatına görə, onlar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən binalara köçürülür. Tələbə şəhərciyinin məsul işçisi Pərviz Əsgərov bildirib ki, köçürülmə 9 saylı yataqxanada aparılır: “Ərazidə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin əməkdaşları da var. Hələ ki, 9 saylı yataqxanadakı məcburi köçkünlər Müşfiqabad qəsəbəsində məskunlaşdırılacaq”.
Məlumat üçün bildirək ki, 1993-cü ildən başlayaraq Bakı Dövlət Universitetinin 7 yataqxanasında 3250 nəfərə yaxın insan, yəni 755 ailə məskunlaşıb. Daha sonra 8 saylı yataqxanadakı məcburi köçkünlərin yeni yaşayış binası ilə təmin olunacağı gözlənilir. Pərviz Əkbərov qeyd edib ki, tələbə şəhərciyindəki iki ədəd 9 mərtəbəli bina əsaslı təmir edildikdən sonra Bakı Dövlət Universitetinin tələbə və aspirantlarına veriləcək. Digər 5 mərtəbəli binalar isə sökülərək, yenidən tikiləcək.
Qaynar.info