Xəbər lenti

Bə Şuşa?!
Ölkə19:22 06.05.2013

Bə Şuşa?!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şərif Ağayar

Topa-topa daşlara, lopa-lopa qar yağa
Xizəkli uşaqların şütüyələr sol-sağa
Salam Şuşam!
Mənim şəhdim, şəkərim!
Salam Şuşam, mənim şəhid şəhərim.


Neyləsəndə adamı hərdən lirik ovqat çulğayır. Nədənsə digər «şəhid»rayonlarımızdan fərqli, Şuşa barədə rahat düşünə bilmirəm. Türklərdemiş, hissi davranıram. Təbii bunun bir çox səbəbləri var. Biri buduki, mən Nəsrəddin Tusi adına Pedoqoji Universitetin Şuşa filialınıbitirmişəm və hər il, Şuşanın işğal günü sonralar tanıyıb dost olacağımKərim Kərimlinin yuxarıda yazdığım şeirini Universitetin fotoqrafıYusifin bapbalaca oğlunun dilindən eşitmişəm. Başında milli papaq,əynində qara kostyum, ağ köynək, boynunda qara kəpənək...

Salam Şuşam... unudulmuş şəhərim,
Ağzına daş basılıb, susdurulmuş şəhərim...


Mənelə o vaxt da, indi də düşünürəm ki, Şuşa barəsində bundan gözəl şeiryazılmayıb. Amma indi bir başqa şey də düşünürəm: gör mən Şuşa barəsindənələrlə maraqlanmışam? Şeir, muğamat! Və yeri gəlmişkən, bir dəfəANS-də muğam oxuyan balaca bir qızcığazı göstərdilər.

Kadrarxasıbelə bir şərh getdi: «...Hər gün Şuşanı yuxuda görür». Bu boyda olmazya! Adam elə yalan danışar ki, heç olmasa özü inansın. Üstəlik, şərhzamanı məlum olur ki, bu qızcığaz heç Şuşanı görməyib. Atasınındanışıqlarından, fotoşəkillərdən vurulub bu torpağa. İndi də Şuşabarəsində muğam-şeir oxuyur. Oxusun. İstedada nə söz ola bilər. Ancaqməsələ budur ki, işğal olunmuş torpaqlarımız barəsində belə yalançıvətənpərvərlik lazım deyil. Bu, əksinə, azyaşlıların, yeniyetmələrin bumövzu barəsində mənfi qənaətinə səbəb ola bilər. Bir də ki, o yaşdazərif bir uşağı bu cür naqolay əzablarla yükləmək, böyüklərin adam kimiçəkib başa gətirə bilmədiyi dərdlərin altına itələmək nə lazım?! Buyaşda uşaqlar sadəcə öz vətənləri barədə həqiqəti bilməli və bunuunutmamalıdırlar. Vəssəlam! Qalanı kitab oxumaq, dil və sənətöyrənməkdən ibarətdir.

Topa-topa daşlara lopa-lopa qar yağa...

Ammaöz aramızdı ağrı ilə ləbələb bir şeirdi bu. Belə yazmağıma bxmayın,bəlkə də elə bizimki şeirə qalıb. Bəlkə də elə ən düzünü, özləri demiş,ANS bilir.
Kimi dindirsən, o saat kepkasını qaldırıb boynunun arxasını qaşıyacaq:
- Bir dəfə Turşsuda oturmuşduq. Qəşəng bir heyvan kəsdik...

Kimsədə gəlib oxumalıdı bu əhvalın içində. Şuşa ilə bağlı xatirələrinçoxunda kabab tüstüsü var. Biz fərqinə varmadan bu gözəl diyarınşəxsində özümüzü, hətta gödənimizi sevirik deyəsən. Kababı Pirquluda dayemək olar. Nə çoxdu Azərbaycanda kabab yeyiləsi yerlər.

Hələtüstü məsələsində Şuşa ən şükürlü «şəhidimizdi». Heç olmasa danışandaXan əminin, Üzeyir bəyin adını çəkirlər, muğamdan, qəzəldən, KərimKərimlinin şeirindən danışırlar.

Bəlkə, Şuşanınisgil deyil fakt kimi qəbul etməmiz gərəkir. Bəlkə bu dərddən kababtüstüsünü, tar-kaman səsini mümkün qədər uzaq tutmalıyıq. Heç olmasasimfoniya dinləyəlim Şuşanın xatirəsinə.
Simfoniya silah qəhqəhəsini əvəz etməsə də!