Xəbər lenti

BƏƏ-də itmiş qədim şəhərin qalıqları tapıldı - Mirvari evi
Dünya 20:35 21.06.2024

BƏƏ-də itmiş qədim şəhərin qalıqları tapıldı - Mirvari evi

Arxeoloqlar BƏƏ-də Əl Sinniyah adasında mühüm kəşf ediblər. Bu, 6-cı əsrdə itirilmiş Tuam şəhəri ola bilər. Əl-Sinniya bir vaxtlar bölgənin paytaxtı və mirvari ovu mərkəzi olub.

Qaynarinfo xəbər verir ki, VI əsrdə zirvəyə çatan Tuam şəhərinin adı qədim ərəb əlyazmalarında keçir. Lakin epidemiyalardan və regional münaqişələrdən sonra yararsız vəziyyətə düşmüş və unudulub. Umm Al Quwain Turizm və Arxeologiya Departamentinin rəhbəri olan qazıntı direktoru Şeyx Məcid bin Səud Əl Mualla şəhərin sirlərini açmaq üçün beynəlxalq ekspertlərlə işləyir.

Arxeoloji tədqiqatlar göstərir ki, yaşayış məskəni IV əsrdə yaranıb və V-VI əsrlərdə özünün pik həddinə çatıb. Bundan əvvəl adada mirvari ovu ilə məşğul olan kənd və monastır tapılıb. Bu il arxeoloqlar dar xiyabanlar ətrafında düzülmüş, təxminən 30 kvadratmetrlik yaşayış binaları aşkar etdilər ki, bu da mürəkkəb sosial quruluşu və çiçəklənən şəhər cəmiyyətini göstərir.

Tədqiqata rəhbərlik edən BƏƏ Universitetinin professoru Tim Pauer deyib: "Bizim işimiz ilkin İslam coğrafi mənbələrində təsvir olunan şəhərə mükəmməl uyğun gələn Fars Körfəzi sahilindəki ən böyük yaşayış məntəqəsini müəyyənləşdirdi. Bu, heç kimin tapmadığı həqiqətən vacib bir yerdir”.
Komanda, çoxlu sayda xurma şərabı, ehtimal ki, şərab İraqdan gətirilib və geniş ticarət əlaqələrini göstərən balıq sümükləri tapıb. Bu nəticələr təsdiqləyir ki, şəhər sakinləri İraq, Fars və Hindistanı birləşdirən geniş ticarət şəbəkələrinin bir hissəsi olub.

Arxeoloqlar şəhərin adını daşıyan kitabə kimi qəti dəlil tapmasalar da, sahildə bu dövrə aid digər əsas yaşayış məntəqələrinin olmaması onun Tuam olması arqumentini gücləndirir. Professor Pauer qeyd edib ki, bu istisna prosesdir.

Bu kəşf bölgənin İslamdan əvvəlki tarixinə işıq salır. Şəhər aramicə Tome, ərəbcə isə Tuam adlanıb ki, bu da "əkizlər” deməkdir. Zamanla bu ad yunan və ingilis dillərində Tomasa çevrilib. Ehtimal olunur ki, şəhər xristianlığı Şərqdə yayan Müqəddəs Tomasın şərəfinə adlandırılıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->