Xəbər lenti

Bəhram Bağırzadədən “Neftçi” azarkeşlərinə hədiyyə
Ölkə13:10 08.04.2015

Bəhram Bağırzadədən “Neftçi” azarkeşlərinə hədiyyə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Neftçi” klubunun Müşahidə Şurasının və “Bakılı oğlanlar” KVN komandasının üzvü Bəhram Bağırzadə azarkeşlərə müraciət edib. 

Axar.az xəbər verir ki, müraciət klubun rəsmi Feysbuk səhifəsində yayımlanıb. Məşhur KVN-çi klub azarkeşlərini “İnter”lə oynanacaq kubok matçına dəvət edib:

Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Əziz azarkeşlər hamımızın sevimlisi, “Bakılı oğlan” Bəhram Bağırzadə sizi 13.04.2015-ci il tarixində “Bakcell Arena”da keçiriləcək “Neftçi” və “İnter” oyununa dəvət edir. Bu matçda əldə olunacaq uğurlu hesab bizi finala bir addım da yaxınlaşdıracaq. Odur ki, bu vacib qarşılaşmada komandamızı tək qoymayaq. Dəvətimizi qəbul edərək matça gələcəyini təsdiqləyən hər bir azarkeşimizə oyunun bileti hədiyyə olunacaq. Bəhram Bağırzadə tərəfindən biletlərin hansı məkanda hədiyyə olunacağı barədə sizə məlumat verəcəyik”.

Qaynar.info