Xəbər lenti

Bəhruz Səmədov dövlətə xəyanət ittihamı ilə həbs olundu
Ölkə17:32 23.08.2024

Bəhruz Səmədov dövlətə xəyanət ittihamı ilə həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Bəhruz Səmədov cinayət məsuliyyətinə cəlb edilib.

Qaynarinfo report.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil deyib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə B.Səmədov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Məhkəmə prosesində Bəhruz Səmədovun tapşırıq alıb məlumat ötürməkdə şübhəli bilindiyi Ermənistan Respublikası vətəndaşlarının adlarının sadalandığı məlum olub.