
Mövlud Mövlud
(Danışır Səhlədar Hidayətoğlu)
Tələbəlikillərində bizi Belarusiyaya təcrübə keçməyə göndərmişdilər. Onda 20yaşım var idi. Gecə tələbə yoldaşımla bir yerdə qaldığımız mehmanxanadançıxıb parka getdik. Bir az pivə içdik, şənləndik. Elə mehmanxanayaqayıtmaq istəyirdik ki, qabağımıza iki qız çıxdı. Balaca cəhddən sonrabizimlə tanış oldular. Ordan-burdan danışdıq. Rusca səlis danışmağımızqızlara qəribə gəlmişdi, “Gördüyümüz qafqazlıların içində hələ ruscanıbelə bilən görməmişik”,- dedilər. Söhbətin ən şirin yerində qızlardanbiri gözünü gözümə dikib dedi:
-İlahi, sənin nə qədər kədərli gözlərin var!
Ondabu sözə o qədər inanmamışdım. Hələ çox gənc idim. İnstitutun əlaçılarısırasındaydım. Şeirlərim tələbə qızların dəftərlərini bəzəyirdi. Birdəfə televiziyada gənc şair kimi çıxış etmişdim. Hamı -elə özüm də-gələcəyimə inanırdım. Təhsilimi bitirəndən sonra Bakıda qalmaq, elmdalınca düşmək istəyirdim. 5-ci kursda oxuyanda, tətildə kəndimizəgəldim. Atama Bakıda qalmaq istədiyimi deyəndə kişi “daş atıb başınıtutdu”. “Bəs, bizə kim baxacaq, ay oğul? Biz də qocalırıq, əldən düşürükaxı, el adama nə deyər?!"
Gördüm atamnarazıdır. Kişinin sözünü yerə sala bilmədim. Təhsilimi bitirən kimirayona qayıtdım. Ancaq hələ arzularım var idi. Nə vaxtsa, Bakıyaqayıtmağa, tanınmağa, özümü sübut etməyə…Şeirlər yazırdım, tərcümələredirdim. Doğma kəndimizdə müəllim işləyirdim. Bakıya göndərdiyimyazıların 1-i dərc olunurdusa, 5-i üstümə qayıdırdı:
-Sizinşeirlərinizdə istedad cücərtisi var, amma hələ bizim jurnalda –yaxudqəzetdə- dərc olunmaq səviyyəsində deyil. Mütaliənizi genişləndirin.Uğurlar!
Amma mən həvəsdən düşmürdüm. Yenəyazmağa davam edirdim. “İstedadımın etiraf olunacağı gün”ü səbirsizlikləgözləyirdim. Bu arada artıq evlənmişdim. Külfət basmışdı məni. Balalarıdolandırmaq qayğıları, anamla arvadımın arasında baş verəndava-şavalar, ədəbi uğursuzluqlar, kənd adamlarıyla aramızdakı“dağlar”…heç kim anlamırdı məni. Hətta doğma qardaşım belə. Arvadıbeynini doldurmuşdu. Demişdi ki, “Səhlədar sənin paxıllığını eləyir!”.Bir dəfə Bakıda olanda getdim evlərinə, qapını üzümə açmadılar.Kor-peşman kəndə qayıtdım. Onda yazmışdım o şeiri. “Qardaş qapısı”nı:
Üzümə örtülü qardaş qapısı
Sənin o üzündə yenəmi qışdır…
***
Amma sənə deyim, arada mən deyən də olurdu bu dünyada (gülüş). Rayonda oxunan, əl-əl gəzən şeirlərim çox olub.
Deməli,məndən sonra Bakıya gedib, pul-para qazanan adamlar kəndimizə gələndəelə hörmətlə qarşılanırlar ki, elə başa keçirlər ki, onları, tanımayandeyər , “yəqin Lütfizadənin sağ əlidir!” Amma əslində pul hesabınahörmət qazanan adamlardır. Onda tez-tez kəndimizə gəlib-gedən belələrinəxitabən belə bir şeir yazmışdım:
-Mənəm boz sərçəsi bu bozca kəndin,
Köçəri nəğmələr dilimə yatmır.
Nə vaxtdı, bu kiçik, bu azca kəndin,
Payızda köçəni yazda qayıtmır…
***
Hansı? Hansı şeirimi deyirsən? Hə, o sən bəyəndiyin? Bax onu kəndə təzə gələndə yazmşdım:
-Hər pulun bir üzü canavarındı,
Gecənin gündüzü canavarındı
Ay qoyun, yer üzü canavarındı,
Nə doğub tökürsən bir ucdan belə?!
***
Sağolsun, Rus imperiyasının təhsil siyasəti, mən “Quran”ı Puşkinin “Quranabənzətmələr”indən 20 il sonra oxumuşam. Puşkin kimi məni də bu qutsalkitabın intonasiyası, qüdrəti, ilahi əzəməti heyran eləmişdi. Ən çox daAllahın o kitabda and içməyi içimdə fırtınalar əsdirmişdi:
-And olsun gecəyə!
-And olsun qələmə və onunla yazılanlara!
Bax belə-belə şeylərin təsiriylə 90-cı illərdə yazmışdım ki:
-And olsun, sübh vaxtı sönən ulduza
Eşqini hamıdan gizlədən qıza!
***
…Siyasimüxalifətə qoşuldum. Mitinqlə, piketlə, seçkiylə nələrisə düzəltməkistəyənlərdən oldum. Alınmadı…Alverçi liderciklər aldatdı məni. İyrənibuzaqlaşdım onlardan. Bununla da hər şeydən, əlimi üzdüm. Birinci həyatyoldaşımdan ayrıldım. Bir-iki ay sonra rayon mərkəzindən biriyləevləndim. İndi arada onunla da sorunlar yaşayıram. Boşamaqmı istəyirəm?Yox! Çünki bu ölkədə elə ən yaxşısı budur! Başqa çarə yoxdur, yaşamaqlazımdır, ümidsiz, amma barışmadan yaşamaq.
***
Axır vaxtlar, mən tez-tez o Belarus qızını və onun mənə dediyi sözləri xatırlayıram:
-İlahi, sənin gözündə nə qədər çox kədər var!