
“Azərbaycanın Belçika Krallığındakı Səfirliyi ölkənin müvafiq orqanları ilə Zaventem hava limanında baş vermiş partlayış nəticəsində xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır”. Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Xatırladaq ki, Brüsseldə Zaventem hava" style="line-height: 1.6em;">hava limanında bu gün ard-arda iki güclü partlayış baş verib. Daha sonra metroda partlayış qeydə alınıb. Nəticədə 13 nəfər ölüb, xeyli insan yaralanıb. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.
Qaynar.info