Xəbər lenti

"Belə bir həssas vaxtda ordumuza, zabitlərimizə dəstək olmalıyıq" - Deputat
Ölkə13:09 21.07.2020

"Belə bir həssas vaxtda ordumuza, zabitlərimizə dəstək olmalıyıq" - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda bəzi qüvvələr Silahlı Qüvvələrimizə və onun rəhbərliyinə qarşı təxribatçı fikirlər yaymaqda davam edirlər. Halbuki ölkə başçsı da öz çıxışında Tovuz istiqamətində döyüşlər getdityi vaxt məhz Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və ordunun yüksək peşəkarlığından razı olduğunu bildirdi. Eyni zamanda ordumuz ermənilərin təxribatının qarşısını qətiyyətlə aldılar. Azərbaycan Ordusu bir daha güclü,qüvvətli olduğunu sübut etdi.
Bununla bağlı deputat Kamilə Əliyeva Sonxeber.az-a danışıb.
Deputat bildirib ki, "Aprel döyüşlərində, Naxçıvan əməliyyatında və son olaraq Tovuzda Azərbaycan ordusu bir daha öz gücünü və qüdrətini düşmən Ermənistana layiqli cavab verməklə göstərdi:
"Bu gün çox sevindirici haldır ki, xalq-dövlət, xalq-iqtidar birliyini hər an görmək münkündür. Bu birlik, həmrəylik bundan sonra da davam edəcək. İstər daxildə, istərsə də onların xaricindəki havadarları, anti Azərbaycan qüvvələri, 5-ci kalon bu birliyi sarsıda bilməyəcək."
"Belə bir həssas vaxtda xalqımıza demək istəyirəm ki, ordumuza, zabitlərimizə dəstəy olmalıyıq. Hər bir Azərbaycan vətəndaşı belə təxribatçı fikirlərə inanmamalı və ordumuzun xoş əhval ruhiyəsini aşağı salmamalıyıq.
Bu günlərdə hər bir vətəndaş siyasi əqidəsindən, aslı olmayaraq Azərbaycan xalqı, dövləti, ordusu ilə birlikdə, bir nöqtəyə vurmalıdır. Bir daha vətəndaşlarımıza söyləmək istəyirəm ki, yalan məlumatlara inanmayın və təxribatçı xəbərlər paylaşmıyın".