Xəbər lenti

Belə getsə, ayrılan xəstəxanalarda yer olmayacaq - Professor
Ölkə08:57 19.06.2020

Belə getsə, ayrılan xəstəxanalarda yer olmayacaq - Professor

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bir azdan xəstəxanalarda yer olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, iyunun 21-dən tətbiq ediləcək karantin faktiki olaraq əvvəlki ayların təkrarıdır:
"Əvvəlki şərtlərə müəyyən dəyişikliklər olunub. Bu lazımdır. Belə getsə, ayrılan xəstəxanalarda yer olmayacaq. Xəstələr bayırda qala bilər. Gündəlik yoluxma sayı sürətlə artır. Azərbaycanın gündəlik 400 xəstəni xəstəxanalara yerləşdirmək imkanı yoxdur. Bu qədər çarpayı sayı yoxdur. Xəstə də gələn kimi çıxmır ki, hardasa iki həftə müalicə olunur”.
Adil Qeybulla bildirib bu baxımdan karantinin keçirilməsi məcburidir: 
"Hər halda iki həftədən sonra vəziyyət yenidən dəyərləndiriləcək”.
Bahar Rüstəmli