Xəbər lenti

“Bələdçilərimiz hələ də London polisindədirlər" - AZAL
Ölkə14:26 25.01.2017

“Bələdçilərimiz hələ də London polisindədirlər" - AZAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan Hava Yolları" QSC (AZAL) gecikən London-Bakı aviareysinin yaxın vaxtda yerinə yetiriləcəyini gözləyir"

Bunu "APA-Economics"ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

"Aviareys başqa bələdçilərlə yerinə yetiriləcək", - deyə o bildirib.

O əlavə edib ki, aviareysin sərnişinləri otellərdə yerləşdiriliblər.

"O ki qaldı London polis tərəfindən saxlanılan bələdçilərə, onlar barəsində araşdırma davam edir. Vəziyyət tamamilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarətindədir", - deyə AZAL rəsmisi qeyd edib.

Qaynarinfo.Az