Xəbər lenti

Bələdiyyələr niyə hələ də "torpaq satan təşkilat" kimi qalır? - Ekspert
Ölkə06:50 25.10.2016

Bələdiyyələr niyə hələ də "torpaq satan təşkilat" kimi qalır? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bələdiyyələrin maliyyə dayanıqlığı nə qədər zəif olacaqsa, onların iş görmə qabiliyyəti bir o qədər zəifləyəcək". 

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bələdiyyələrin fəaliyyəti ilə bağlı danışarkən deyib.

Natiq Cəfərli bildirib ki, onsuzda bələdiyyələrlə bağlı ciddi problemlər var: "Azərbaycan əhalisi bələdiyyələr haqqında o qədər də yaxşı fikirdə deyil. Amma bələdiyyələrin özünün də problemi onların maliyyə qaynaqlarının zəif olmasıdır. Bundan başqa icra strukturları ilə ciddi biriş bölgüsü aparılmayıb. Vergilərin toplanmasında da bələdiyyələrin rolu kifayət qədər aşğı səviyyədədir. Dünyanın hər yerində bələdiyyələr üçün ayrıca ticarət vergisi tətbiq olunur. Bələdiyyələrin ərazisində satılan məhsullardan alınan ticarət vergisi bələdiyyyələrə verilrir. 

Ekspertin fikrincə ,bələdiyyələrin maliyyə mənbəyi olmasa onlardan normal iş tələb etmək də mümkün deyil: "Onların topladığı vəsait zəiflədikcə, görəcəyi işlərin keyfiyyəti də aşağı düşür. Nə qədər ki bələdiyyələrlə icra strukturları arasında iş bölgüsü aparılmayıb, onların fəaliyyəti bir- birini təkrarlayıcı xüsusiyyətləri aradan qaldırılmayıb,  maliyyə qaynaqları ilə təmin olunmayıb onların işi normal olmayacaq. Bələdiyyələrlə bağlı yaranan "torpaq satan təşkilat" fikri yenə də qlacaq". 

Qafqaz Rafioğlu

Qaynarinfo.Az