Xəbər lenti

Bəluclu gəncin müəmmalı ölümü İranı qarışdıra bilər
Dünya 20:51 03.02.2024

Bəluclu gəncin müəmmalı ölümü İranı qarışdıra bilər

İranda 19 yaşlı bəluc əsilli tələbə Sepehr Şiraninin ölümü ölkənin Sistan və Bəlucistan vilayətində vəziyyətin gərginləşməsinə səbəb olub. 

Qaynarinfo iranlı mənbələrə istinadən xəbər verir ki, Sepehr Şirani iki gün itikin düşüb. Daha sonra yaşadığı evin damında meyiti tapılıb. Hökumət hadisəni intihar kimi qələmə verir. 

İranlı fəallar isə hesab edir ki, Sepehr Şiranı öldürülüb. Onların belə düşünməsi səbəbsiz deyil. Sepehr Şirani sosial şəbəkələrdə fəallığı ilə seçilən gənc olub. Dəfələrlə İran xüsusi xidmətlərinin təhdidləri ilə üzləşib. Fəallar deyir ki, itkin düşməmişdən öncə də Sistan və Bəlucistan vilayətinin "çekist"ləri tərəfindən hədələnib. 

Sepehr Şirani xüsusilə, "Instagram" platformasında hökuməti narahat edən fəaliyyətlə məşğul olub.

Sistan və Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahedan şəhərinin sünni məzhəbli imam cüməsi Mövləvi Əbdül Həmid cümə namazında bu hadisəyə də diqqət çəkib. O, Sepehr Şiraninin ölümünü şübhəli hadisə kimi qiymətləndirib və rəsmi qurumlardan məsələyə aydınlıq gətirilməsini tələb edib. 

Sistan və Bəlucistan vilayəti İranın ən həssas bölgələrindən hesab edilir. Burada sünni məzhəbinə etiqad edənlər çoxluq təşkil edir. 

"Məhsa Əmin olayı"nda da bu vilayət etiraz dalğasının önündə gedirdi. Bu baxımdan, hökumət qüvvələri vilayətdə daha sərt idarətetmə tətbiq ediblər. 

Onu da qeyd edək ki, "Məhsa Əmin olayı"nda Zahedan məscidi gülləbaran edilmiş, nəticədə 90 nəfər həyatını itirmişdi. 30 sentyabr 2022-ci ildə baş verən bu hadisə "qanlı cümə günü" kimi yaddaşlara həkk olunub. 

Zahedanın sünni imam cüməsi Mövləvi Əbdül Həmid də hökumətlə soyuq münasibətləri olan şəxs kimi tanınır. O, dəfələrlə İran hökumətini tənqid edib, hətta ölkənin ali rəhbəri Ayətullah-Əl Üzma Seyid Əli Xameneiyə tənqidi notlarla zəngin məktub yazıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->