Xəbər lenti

Berbok:
Siyasət 21:25 28.02.2024

Berbok: "Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür"

Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür. Onun sözlərinə görə, Almaniya münaqişənin həlli istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə almaniyalı nazir Berlində iki ölkənin xarici işlər nazirləri ilə görüşü zamanı bildirib. 

"Biz inanırıq ki, Ermənistan və Azərbaycanın indi uzun illər davam edən ağrılı münaqişədən sonra davamlı sülhə nail olmaq imkanı var”, deyə Berbok bildirib.

Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük iztirab və insan itkiləri ilə dolu keçmişini geridə qoymaq üçün atdığı "cəsarətli addımlardan” danışıb. O bildirib ki, irəli getmək qətiyyət tələb edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->