Xəbər lenti

Bərdədə 15 yaşlı gəlin intihar etdi
Ölkə06:24 05.08.2015

Bərdədə 15 yaşlı gəlin intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdə rayonunda intihar hadisəsi baş verib. 
Qaynar.info “Report”a istinadən xəbər verir ki, Elçin Əsədov küçəsində rayon sakini, 2000-ci il təvəllüdlü Gülçin Əlizadə yaşadığı evin həyətində özünü asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, G.Əlizadənin ailəsi rayonun qaraçı məhəlləsində yaşayıb. O, yenicə ailə qurubmuş.
Qaynar.info