Xəbər lenti

Bərdədə çobanı ildırım vurub öldürdü
Ölkə07:00 03.06.2015

Bərdədə çobanı ildırım vurub öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bərdədə 50 yaşlı kişini ildırım vurub. Anspress-in məlumatına görə, hadisə saat 08 radələrində rayonun Ləmbəran kəndində qeydə alınıb.
Kənd sakini 50 yaşlı Mayıl Süleyman oğlu Süleymanov heyvanları örüşə çıxarıb. Kişi heyvanları oturarkən ildırım çaxırmış. Bu zaman kişini ildırım vurub. Mayıl Süleymanov yerindəcə keçinib.
Qeyd edək ki, Mayıl Süleymanov ildırım çaxan zaman telefonla danışırmış.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info