Xəbər lenti

Bərdədə ev yandı
Ölkə16:40 24.04.2016

Bərdədə ev yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Bərdədə yanğın hadisəsi qeydə alınıb.

Qaynarinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Bərdə rayonunda vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin dam örtüyünün, iki otağının yanar konstruksiyaları və ev əşyaları 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynarinfo.az