Xəbər lenti

Bərdədə fırtına: sakinlər çətin vəziyyətə düşdü - FOTOLAR
Ölkə07:41 02.06.2015

Bərdədə fırtına: sakinlər çətin vəziyyətə düşdü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə Bərdə rayonunda güclü külək müşahaidə edilib. 
Külək bir çox fəsadlara yol açıb. Anspress-in məlumatına görə, gecə saatlarından başlayan külək rayonda elektrik naqillərinə ciddi ziyan vurub. Bəzi evlərin qapı-pəncərələri sınıb. 
Güclü külək rayon sakini Vəli Məlikova məxsus evin həyətindəki iri tut ağacını aşırıb. Ağac evin üstünə aşıb. Nəticədə Vəli Məlikovun evinin damı uçub. 
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Lakin evin damı tamam dağılıb.
Qəza nəticəsində ağan ağac Vəli Məlikovun evilə yanaşı onun qonşusunun evinə də zərər vurub.
Hazırda hadisə yerində araşdırma aparılır.
Qaynar.info