Xəbər lenti

Bərdədə küçəyə atılan uşaqlar körpələr evinə verildi
Ölkə19:10 07.02.2019

Bərdədə küçəyə atılan uşaqlar körpələr evinə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uşaqlar bir neçə gün xəstəxanada saxlanılıb.
Bərdə rayonunda bir neçə gün əvvəl küçəyə atılan iki azyaşlı körpələr evinə verilib.
Bu barədə Bərdə rayon Uşaq Xəstəxanasının baş həkimi Rafael Mustafayev bildirib.
O, qeyd edib ki, azyaşlılar Gəncə şəhərində yerləşən körpələr evinə yerləşdirilib.
Baş həkimin sözlərinə görə, uşaqlar bir neçə gün xəstəxanada saxlanılıb. Sonra sənədlər rəsmi qaydada təqdim edilib və azyaşlılar körpələr evinə göndərilib. (report)